Aztv-nin əməkdaşı od püskürdübackend

Aztv-nin əməkdaşı od püskürdü

Tanınmış jurnalist Savalan Talıblı “Facebook” sosial şəbəkəsində Aztv-də aldığı qonararla bağlı etiraz dolu status paylaşıb.Jurnalistin statusunda bəlli olur ki, o , çalışdığı Aztv-də aşağı qonarar alır.Hələ bu azmış kimi məzuniyyətə çıxdıqdan sonra iki aya yaxındır ki, aldığı qonararım tam əldə edə bilməyib.May ayında 60 manat , iyun ayında isə 201 manat qonarar alıb.

Saytımıza açıqlama verən jurnalist daha sonra qeyd edib ki, uzun illərdir orada çalışıram.Bu illər ərzində 330 manatdan artıq qonarar almamışam.Halbuki ölkədə minimum əmək haqqı 250 manatdır.Mən isə minumum əmək haqqı qədər məvacib alıram.Dəfələrlə bu barədə müraciət etsəm də heç bir nəticə əldə edə bilməmişəm.

Gənc ailəyik .Ailədə yeganə çalışan mənəm.Azyaşlı övladımın ehtiyacları, kommunal xərclər aldığım məvaciblə güclə ödənilir. Hələ bu azmış kimi bir neçə ay bundan öncə Aztv-də hamıdan tələb edirdilər ki, saat 9-dan 6-ya kimi işə gəlsinlər.Tələb edən şəxslərin heç biri anlamır ki, o pulla hər gün ancaq işə gəlmək olar.

Dəfələrlə rəhbərliyə müraciət etmişəm ki, verilişlərinin sayını artırın ,əlavə bir neçə veriliş edim, heç olmasa müəyyən qədər qonarar alım.Bu sözlər yalnız eşidilib.İcra edən ,əməl edən, kömək edən yoxdur.Mən nə etməliyəm?

Savalan Talıblının yuxarıda qeyd etdiyimiz statusunu olduğu kimi təqdim edir:

Aprel ayında məzuniyyətə çıxmışdım. Məzuniyyətdən sonra 60 manat qanarar aldım. Halbuki məzuniyyətə çıxdığım günlərdə bütün verilişlərim efirə getmişdi.
Bu hadisə ötən il də təkrarlanmışdı.Bu barədə Aztv-nin maliyyə şöbəsinə yaxınlaşanda müxtəlif səbəblər göstərilmişdi. Şöbənin rəisi Anar müəllim mənə istehzayla dedi ki,300 manatla necə yaşamısansa 200 manatla da elə yaşa.Gəlib yüz manatın davasını niyə döyürsən.

Toxun acdan heç vaxt xəbəri olmadığı kimi Anar müəllim və digər aidiyyatı şəxslər də mənim kimi aşağı məvacib alan əməkdaşlarından xəbardar deyil.Heç onların problemini dinləyib həll etməyə də hazır deyillər.

Anar müəllim və Aztv-nin digər rəhbər işçilərinin nəzərinə yetirim ki, iki aydır mən Aztv-dən demək olar qəpik-quruş alıram . Kommunal xərcləri ödəyə bilməmişəm. Hələ azyaşlı övladımın ehtiyacları və özümün xərclərimi demirəm.

Əcəba, Aztv-də mənə gətirilən səbəblər orada yüksək qonarar alanlara gətirilirmi.Yoxsa təkcə yetim-yesirin qonararı kəsilir.

Allaha and olsun Aztv-də adam məzuniyyətə çıxmağa peşman olur.Digər idarə və qurumlarda adam balası kimi məzuniyyətə çıxırsan.Və qayıdan da maaşından heç bir tutulma olmur.Burada ildə bir dəfə məzuniyyətə çıxırsan üç ay qonarar üzünə həsrət qalırsan.Mən hələ digər çatışmazlıqları demirəm.

  •  (0)
  •  (0)