“Aztelekom” MMC monopoliya yaradıb: digər şirkətlərin fəaliyyətinə icazə verilmir – ŞİKAYƏT (FOTOFAKT)backend

“Aztelekom” MMC monopoliya yaradıb: digər şirkətlərin fəaliyyətinə icazə verilmir - ŞİKAYƏT (FOTOFAKT)

“Aztelekom” MMC monopoliya yardır və bu səbəbə görə digər internet şirkətlərinin fəaliyyətinə maneə törədir.

Hokm.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində Əli Hüseynov adlı istifadəçi paylaşım edib.

Onun sözlərinə görə, “Avritel” internet şirkətinə Tovuz və Quba rayonu ərazisində müraciər ediblər. Şirkətdən isə bildirilib ki, “Aztelekom” MMC monoppoliya yaratdığı üçün digər şirkətlərinə fəaliyyətinə qadağa qoyub.

“Salam, şikayətim “Aztelekom”dandı, deməli bu şirkət rayonlara 2mb/s interneti 10azn verir və heç də stabil internet deyil. Buna alternativ olaraq Avritel şirkəti 8mb/s interneti 15aznə verir. Amma “Aztelekom” öz səlahiyyətlərindən sui istifadə edərək haqsız rəqabət mühiti yaradır və müştərilərin özündən başqa proveyda müraciət etməsinə imkan vermir. Əgər bacardıqlar iş olsa dərd yardı, amma həqiqətən internetdən istifadə mümkünsüz olur. “Avritel”ə mən və bir neçə dostuma müraciət vaxtı “Aztelekom”un başqa proveydra qoşulmasına imkan vermədiyini bildirir”, – deyə şikayətçi bildirib.

P.S Monopoliya yaradan “Aztelekom” nəyə görə, 2mb/s interneti “od” qiymətinə satır? Demək ki, burada məqsəd digər şirkətlərin fəaliyyətinə maneədən savayı xalqı da incitməkdir. Əks halda internetin sürətini yüksək səviyyədə edib xalqın edtimadını qazana bilərdi. Bununla da heç bir abonent şikayətlənməzdi və rahat şəkildə manopoliyasını davam etdirərdi.

Qarşı tərəfi dinləməyə hazırıq

Mikayıl Mirzəzadə
Hokm.az

  •  (0)
  •  (0)