“AzInTelecom” “Azercell Telekom”a tam nəzarət edirbackend

“AzInTelecom” “Azercell Telekom”a tam nəzarət edir

“AzInTelecom” “Azercell Telekom” şirkətinin sahibi “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş.” (Türkiyə) SC-də 99,9% səhm sahibidir. “AzInTelecom” “Cenay İletişim Hizmetleri Limited” və “FA Invest (Malta) Limited” şirkətlərindən “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş.”dəki 99 mln 623 min 82 səhmi 5 sentyabr və 2 oktyabr 2019-cu ildə alıb. Bu barədə Türkiyə Ticarət Reyestrinin qəzeti məlumat verir. “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş.” ASC 100% “Azercell Telekom” MMC-yə məxsusdur. Tərəflər “AzInTelecom” MMC ilə “Cenay İletişim Hizmetleri Limited” və “FA Invest (Malta) Limited” arasındakı əqdin dəyəri barədə məlumat vermirlər. 2018-ci ilin mart ayında “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş.” səhmlərinin 51.3% -i satılması üzrə saziş bağlanıb. “Fintur Holdings B.V.” (“Telia” Şirkəti və “Turkcell” ilə birlikdə İsveç-Türkiyə ortaq müəssisəsi) “Azertel”dəki payını “Azintelecom” dövlət şirkətinə satdı. Əqdin dəyəri 222 milyon avro təşkil edib. Əqdi Azərbaycan Maliyyə Nazirliyi maliyyələşdirib.turan

  •  (0)
  •  (0)