“AZGRANATA” MMC Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldubackend

“AZGRANATA” MMC Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür.

 

Hokm.az-ın məlumatına görə, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə ordumuza dəstək olmaq naminə “AZGRANATA” MMC də öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb.

 

Qeyd edək ki, “AZGRANATA” MMC daha əvvəl də ölkədə pandemiya ilə mübarizə üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmüşdü.

 

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

  •  (0)
  •  (0)