“Azərtunel” təsisçilərindən biri nizamnamə kapitalındakı 40 % payını geri alırbackend

“Azərtunel” təsisçilərindən biri nizamnamə kapitalındakı 40 % payını geri alır

“Azərtunel” Məhdud Məsuliyyətli Cəmiyyətinin kreditorlarının nəzərinə çatdırır ki, cəmiyyətin təsisçilərindən biri – Hüseynov Nizami Əzizağa oğlu təsisçilikdən çıxır və nizamnamə kapitalındakı 40 faiz payını geri alır.

Hokm.az xəbər verir ki, cəmiyyətin nizamnamə kapitalı azalır.

“Azərtunel” MMC 29 milyon 984 min 310 manatla 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nizami Hüseynovdur. O, şirkətdən 12 milyonluq payını geri çəkir.

Şirkətin Qazaxıstan, Gürcüstan və Liviyada qeydiyyatdan keçmiş filialları var. “Azertunel” MMC əsasən səki, mikrotuneling, dəniz tikintisi və qazma, boru kəmərləri, körpülər və tunellərin inşası üzrə ixtisaslaşmışdır.

“Azərtunel” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmmməd Hadi, ev 138 ünvanında fəaliyyət göstərir.Fins.az

  •  (0)
  •  (0)