Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıbbackend

Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıb

İşğal altında olan torpaqlarımızın azad olunması haqqında demək olar ki, hər gün qələbə xəbərləri alırıq.

Hokm.az xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin açıqlamasında bildirilir.

“Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi və artıq ölkəmizin üçrəngli bayrağının dalğalandığı Suqovuşan ərazisinin Azersky peykindən əldə olunmuş təsvirini təqdim edirik.

Ölkəmiz üçün əhəmiyyətli strateji mövqe olan Suqovuşan ərazisi uzun ilərdir ki, Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə məruz qalıb.

Bu gün Azərbaycan tarixi ədalətin bərpası üçün mübarizə aparır və işğal altında olan torpaqlarımızın hər bir qarışını erməni vandalizmindən azad edir.

Zəfər bizimdir! Qarabağ Azərbaycandır!”, – deyə açıqlamada qeyd olunub.

  •  (0)
  •  (0)