“Azəristiliktəchizat”: “Məcburi köçkünlər bizə 6 milyon manat borcludur”backend

“Azəristiliktəchizat”: “Məcburi köçkünlər bizə 6 milyon manat borcludur”

Məcburi köçkün qəsəbələrində məskunlaşam sakinlərin “Azəristiliktəchizat” ASC-yə borcu 6 milyon 384 min manat təşkil edir. 

Bunu “Report”a səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

“İstilik haqlarının yığılması ilə bağlı problem yalnız məcburi köçkünlərlə bağlıdır. Qalan abonentlərlə bağlı istilik haqlarının yığım səviyyəsi 85 % təşkil edir.

Bundan başqa, onun sözlərinə görə, “Azəristiliktəchizat” özü də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə təxminən 14 milyon manat borcludur.

“Əvvəllər noyabr ayı başlayanda 35-40 milyon manat borcumuz olurdusa, bu il o qədər olmayacaq. Hər ay 2-3 milyon manat ödəyib noyabra qədər bu borcu tam bağlayacayıq”, – İ. Mirzəliyev bildirib .

  •  (0)
  •  (0)