“Azərişıq” ASC-dən şikayət: *199 Çağrı mərkəzi də işləmirbackend

“Azərişıq” ASC-dən şikayət: *199 Çağrı mərkəzi də işləmir

“Abşeron rayon Xırdalan şəhəri 20 yanvar küçəsində hər gün saat 08:00-dan 12:00, bəzən 13:00-a qədər işıqlar sönür. Pandemiya ilə əlaqədar olaraq iki oğlum onlayn dərslərə qoşulmalıdırlar. Amma “Azərişıq” ASC-nin “böyük xidməti” sayəsində uşaqlar təhsildən geri qalırlar.

Həmin ərazidə yaşayan Ayaz Qasımov adlı şikayətçi pravda.az-a göndərdiyi məktubda bildirib ki, vəziyyət bir aydır, bu cür davam edir.

“Bu qədər qəza olar? Son vaxtlar *199 Çağrı mərkəzi də işləmir. Bilmirik, dərdimizi kimə deyək… Bu qədər məsuliyətsiz qeyri-ciddi idarə görməmişəm” – şikayətçi qeyd edib.

  •  (0)
  •  (0)