“Başa düşə bilmirəm, bu vaksinasiya məcburidir, könüllüdür, ya məcburi olaraq könüllüdür? Dövlət idarələrində (Azəriqaz) vaksin vurdurmayan şəxslərin maaşının 2/3-i tutulur. Kim çıxarıb bu qanunu? Harada yazılıb? İnsanlar da səslərini çıxara bilmirlər ki, işdən atacaqlar”.
Hokm.az Correct.az-a istinadən xəbər verir ki, bunu Pərviz Məmmədov adlı şəxs öz şəxsi hesabında yazıb. Eyni zamanda digər mənbələrdən əldə edilən məlumata görə vaksinasiya olunmayan şəxslər işlərini itirmək təhlükəsi ilə üz-üzə qalıblar.
Məsələ ilə bağlı Correct.az saytına açıqlama verən “Azəriqaz” İB ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlamaq lazımdır:
“Sosial şəbəkələrdə hərə bir iddia irəli sürür. Siz bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlayın. Bizim münasibət bildirməyimiz düzgün deyil”.

















