“Azəriqaz” İB-də yeni TƏYİNATLARbackend

“Azəriqaz” İB-də yeni TƏYİNATLAR

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Bu barədə Hokm.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Belə ki, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, artıq bu barədə müvafiq əmrlər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.

  •  (0)
  •  (0)