“Azercell” yenə öz ampluasında: “Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün…”backend

“Azercell” yenə öz ampluasında: “Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün…”

Azərcell şirkətindən şikayətçilərin şikayətlərini dərc etdikcə ard arxası kəsilmir. Lakin nədənsə bu şikayətlərə Azərcell şirkətindən heç cavab almırıq. Olsun, biz Azərcell şirkətinin müştərilərinin şikayətlərini içtimaiyyətə təqdim etməkdə davam edək, Azərcell şirkəti isə susmaqda.

Növbəti şikayətçimiz Yusif Qənbərovdur (Юсиф Ганбаров). Yusif Qənbərov Azərcell mobil operatorunun onu necə cəncələ saldığından şikayət edir. Yusif bəyin şikayətini təqdim edirik:

“Salam əziz xanımlar və bəylər. Biraz uzun yazı olacaq, üzürlü sayın, amma her şeyi dəqiq yazmaq istəyirəm.
Azərcell şirkətində işləyənlər varsa daha diqqətlə oxuyun.
Başıma gələn əhvalatı dəqiqliklə danışım və mənə məsləhət edin görəsən nə edim mən bu halla.

Dünən saat 18 30 da S50 paketini İş nomrəmdə aktivləşdirdim(50 azn ödəniş) 0509901030.
Və sms gəldi.
*Siz SERBEST tarifine qoshuldunuz . 15GB Internet, 2000 shebekedaxili, 500 shebekexarici, 2000 tarifdaxili deqiqe elde etdiniz. Tarif her 30 gunden bir avtomatik qaydada yenilənir. ”

“10 deqiqeden sonra zeng edesi oldum, zengden sonra görürəm balansdan pul cixir.
Düşündüm bəlkə səhvdir, olur da sistemdə.
Yıgdım *111*1*7# kodunu və mənə mesaj gəlir ki sizin hec bir aktiv paketiniz mövcud deil.
0 internet. 0 dəqiqələr və s. ( Screen edib komment bölməsinə yazacam.)”

“Zəng edirəm, operatora deyirəm bu nədir? Deyir sizdə aktiv dəqiqələr yoxdur.
Sual verirəm
– s50 paketi nə vaxt aktiv olunub?
-Deyir 30 dəqiqə əvvəl.
– mən də deyirəm ki İnterstellar kinosu deyilki? 2000 dəqiqəni necə mən 30 dəqiqə ərzində sərf etdim?

Oldu müəllim araşdırılacaq.

Keçir 10 dəqiqə, sms gəlir. Sizin işinizə 5 iş günü ərzində baxılacaq.”

“Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün. Səhv sizin, əziyyətini mən cəkim? balanssız qalım və müştəriyə zəng edə bilməyim?
Deyir tez edəciyik narahat olmayın.
Bugün görürəm ki hec nə duzəlməyib.”

“Zəng edirəm və eyni sözləri deyillər.
Mən bu hal ilə nə edim? Kimə və hara şikayət edim? Fakt olaraq mən indi şəxsi nömrəm ilə müştəriyə zəng edirəm və balansımdan pul gedir.”

Yusif Qənbərovun sosial şəbəkədə yaydığı şikayətə komentari yazan vətəndaş isə situasiyanı belə açıqlayır:
“Rüfət İsmayılov Bircə azərcell idi normal Telesonaria vaxtinda o ki onu da azərbaycan monopoliyasina daxil elediler vessalam. Eşşeyi öldü camaatın. Necə internet  essəyin öldurdu vatsap zad. İndi Elon Musk qaqamiz da nomrələr cixarmaq istəyir limitsiz internet yuksək surət 100mb+ o nomrə cixsa vəssalam. Bu bədbəxtlər qanmir ki dunya hansi tərəfə gedir nələrsə eləmək lazımdi. Ele bugun bacaırıqsa bugun soyaq sabaha allah kərimdi prinsipiylə yaşayırlar.”gundelik-baku

  •  (0)
  •  (0)