“Azercell” nömrələrə “MilliÖn”dən kontur yükləmək dayandırıldıbackend

“Azercell” nömrələrə “MilliÖn”dən kontur yükləmək dayandırıldı

Artıq bir neçə gündür ki, “MilliÖn” terminalı vasitəsilə “Azercell” mobil operatorlarına ödəniş etmək mümkün deyil.

Məsələ ilə bağlı “Azercell Telekom” MMC-dən Hokm.az-a bildirilib ki, “MilliÖn” terminalları vasitəsilə “Azercell” nömrələri üçün balans artırılması xidməti ləğv edilib:

“05.08.2020-ci il tarixindən etibarən “MilliÖn” ödəniş sistemi vasitəsilə “Azercell Telekom” MMC-nin fakturalı və fakturasız (SimSim) xətt nömrələrinin balasını artırmaq mümkün deyil. Qeyd olunan tarixdən etibarən “MilliÖn” terminalları vasitəsilə “Azercell” nömrələri üçün balans artırılması xidməti ləğv edilib”.

Şirkətdən bildirilib ki, ödənişləri həyata keçirmək üçün alternativ üsullardan istifadə etmək mümkündür:

“Şirkətimiz tərəfindən müxtəlif alternativ üsullarla ödənişlər həyata keçirmək, nömrənizin balansını artırmaq imkanı yaradılıb. Nağd ödənişlər üçün “eManat”, “Expresspay”, “Azərpoçt” ödəniş terminalları, “Azercell Telekom” MMC-nin ödəmə kartlarından, onlayn ödənişlər üçün isə bütün bankların tətbiqləri və saytları, həmçinin müvafiq ödəniş portallarından istifadə etməyi tövsiyyə edirik”.

“MilliÖn” terminalları vasitəsilə balans artırılma xidmətinin ləğv olunma səbəbinə gəldikdə isə şirkət bu barədə məlumat verməyib:

“Hazırda buna dair digər məlumat mövcud deyil. Hər hansı yenilik olarsa, rəsmi saytımızda məlumat yerləşdiriləcək”.

  •  (1)
  •  (0)