Azərbaycanlıları təhqir edən erməni gənci üzr istəməyə məcbur etdilər – VİDEO yayıb yalvardıbackend

Azərbaycanlıları təhqir edən erməni gənci üzr istəməyə məcbur etdilər – VİDEO yayıb yalvardı

Rusiyanın Yekaterinburq şəhərində İşxan adlı erməni gənc azərbaycanlılardan üzr istəyib.

Hokm.az xəbər verir ki, noyabrın 16-da sərhəddə baş verən münaqişə zamanı ermənilərin “internet qəhrəmanları”ndan İşxan adlı gənc TikTok-da canlı yayımda Azərbaycanın və Azərbaycan xalqının ünvanına ifrat dərəcədə iyrənc, təhqiramiz ifadələr, söyüşlər işlədib. Buna dözməyən Yekaterinburqda yaşayan azərbaycanlılar həmin gün onu taparaq, üzr istəməyə məcbur ediblər.

Artıq noyabrın 17-də Rusiyanın sosial şəbəkələrində erməninin üzr videosu yayılıb və hətta ruslar azərbaycanlılara haqq qazandırıb.

Qeyd edək ki, erməni gəncin canlı yayımdakı çıxışını etikadan kənar olduğu üçün təqdim etmirik.

konkret.az

  •  (1)
  •  (0)