Azərbaycanlılar niyə Türkiyəni bu qədər sevir? – STM-in sorğusunun şifrələribackend

Azərbaycanlılar niyə Türkiyəni bu qədər sevir? – STM-in sorğusunun şifrələri

Sosial Tədqiqatlar Mərkəzinin vətən müharibəsinin nəticələri ilə bağlı keçirdiyi ictimai rəy sorğusu xalqımızın Türkiyə sevgisini bir daha ortaya çıxardı.

STM-in cəmiyyətdə çox böyük maraq doğuran son sorğu sənədlərindən olan vətən müharibəsinin yekunlarına ictimai münasibət də göstərir ki, Azərbaycan xalqı 44 gün ərzində baş verənləri obyektiv formada dəyərləndirib və hadisələri düzgün analiz edə bilir. Sorğuda region üçün sülhməramlılara olan baxış, Türkiyənin bundan sonrakı prosesdə yer alacağı məqama əhalinin münasibəti xalqımızın Azərbaycan-Türkiyə birliyinə olan sevgisini, milli birliyi simvolizə edir.

STM-in bundan əvvəlki “Azərbaycan Respublikasının Dövlət Bayrağına münasibət ictimai rəydə” sorğusunda da “Azərbaycanın Dövlət bayrağından başqa daha hansı dövlətlərin bayrağına simpatiya duyursunuz?” sualına respondentlərin 95,1 faizi Türkiyə cavabını seçmişdi.

Sonuncu vətən müharibəsiylə bağlı sorğuda Türkiyə ilə bağlı müsbət məqamlardan bəzilərini təqdim etmək istəyirəm:

Naxçıvanla dəhlizin Azərbaycanın sosial-iqtisadi inkişafına təsirləriylə bağlı əhalinin 69.0%-i Naxçıvanla əlaqə hesabına Azərbaycanla Türkiyə arasında gediş-gəliş və yükdaşıma qiymətlərinin aşağı düşəcəyini, eləcə də Azərbaycanla Türkiyə arasında gediş-gəliş və yük dövriyyəsinin 63.7% artacağını bildirib.

Respondentlərin 47.3%-i Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görüb.

44 günlük Vətən müharibəsi dövründə aparılan informasiya siyasəti əhali tərəfindən ümumilikdə müsbət qiymətləndirilir. Buna bir neçə amilin təsiri oldu. Əsas faktor kimi Prezidentin müxtəlif xarici KİV-lərə mütəmadi olaraq müsahibələr verməsini, hadisələrin gedişatı ilə bağlı əhalini şəxsən məlumatlandırmasını, digər amillər kimi xarici KİV nümayəndələrinin ölkəyə gəlib hadisələri birbaşa yerindən işıq – landırmasını, Türkiyə kanallarının davamlı olaraq müharibə ilə bağlı informasiyalar ver – məsini, yerli telekanalların müntəzəm şəkildə olaraq əhaliyə məlumat verməsini və birbaşa canlı yayımlar etməsini göstərmək olar.

Əhalinin Türkiyə dövlətinə, mediasına olan münasibəti bütün sosial media seqmentində də, qələbə yürüşlərində də özünü açıq-aydın göstərib.

Mikayıl Mirzəzadə
Hokm.az
  •  (8)
  •  (1)