Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda yüngülmühərrikli təyyarə qəzaya düşüb.
Hadisə martın 8-də Potanino kəndi yaxınlığında baş verib.
İki nəfər həyatını itirib. Onlardan biri 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovdur. Digərinin şəxsiyyəti müəyyənləşdirilməyib.
APA-nın yazdığına görə, İbrahimov əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışıb. O, əslən Quba rayonundandır. Ailəlidir, 3 övladı var.

















