Jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib – FOTObackend

Jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib – FOTO

Yeniçağ.az saytının əməkdaşı, jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib.

Bizimyol.info-ya bu barədə məlumat verən saytın baş redaktoru Aqil Ələsgər bildirib ki, Səxavət Məməd Ağdam rayon məhkəməsinin qərarı əsasında 10 sutkalıq həbs edilib. O əlavə edib ki, onun həbsinə səbəb bir neçə gün bundan öncə yazdığı məqalədir.

Əldə etdiyimiz məlumata görə isə jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. O borcu ödəyəcəyini bildirsə də məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.

Xatırladaq ki, Səxavət Məmməd “Nəcməddin Sadıkov pensiyaya göndərilir? – General üçün qərar anı” başlıqlı yazı hazırlamışdı.

Hokm.az

  •  (0)
  •  (0)