Azərbaycanlı Rusiyada sevgilisi ilə əlbir olub onun keçmiş ərini qətlə yetirdi – FOTObackend

Azərbaycanlı Rusiyada sevgilisi ilə əlbir olub onun keçmiş ərini qətlə yetirdi – FOTO

Rusiyanın Lipetsk vilayətinin Kosırevka kəndində “Gənc ürək” sirkinin 66 yaşlı direktoru Vladimir Qaponovu öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Hokm.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Lipetsk Rayon Məhkəməsinin sədri Tatyana Pançenko 51 yaşlı azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilməsini dəstəkləyib.

Bununla bağlı vəsatət Lipetsk şəhərinin Sol Sahil rayonu üzrə İstintaq İdarəsinin böyük müstəntiqi Dmitri Kazakov tərəfindən qaldırılıb.

Məhkəməyə təqdim olunan materiallara əsasən, dekabrın 24-də İsmayılov Qaponovun həyat yoldaşının ona qoyduğu açarın köməyi ilə zərərçəkmişin evinə daxil olub. İstintaqın məlumatına görə, İsmayılov Vladimir Qaponovu evdə və küçədə döyüb. Kişi çoxsaylı döyülmə və kəllə-beyin travmasından dünyasını dəyişib. İki gün sonra qatil polis tərəfindən saxlanılıb. O, nə həbs olunarkən, nə də məhkəmədə törətdiyi cinayəti inkar etməyib.

“Gənc ürək” sirkinin 66 yaşlı direktoru Vladimir Qaponovun meyiti dekabrın 25-də Kosırevka kəndindəki Oktyabrskaya küçəsindəki evində aşkar edilib.

Dekabrın 24-də 51 yaşlı Azərbaycan vətəndaşı İsmayılov keçmiş həyat yoldaşı ilə birgə yaşadığı Vladimir Qaponovla münasibətlərinə aydınlıq gətirmək üçün Moskva vilayətindən Kosırevkaya gəlib. Onlar mübahisə edib və İsmayılov ev sahibini döyərək öldürüb. Bundan sonra o, Moskva vilayətinə qayıdıb.

Əməliyyatçılar Moskva vilayətinə gedərək şübhəli şəxsi saxlayıb və istintaq hərəkətlərinin aparılması üçün istintaq şöbəsinə aparıblar. İstintaq zamanı İsmayılovun əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyi və başqa bir qətl törətməkdə şübhəli bilinərək federal axtarışda olduğu da üzə çıxıb.

  •  (0)
  •  (0)