Azərbaycanlı olimpiya çempionu vəfat etdibackend

Azərbaycanlı olimpiya çempionu vəfat etdi

Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.

Hokm.az-ın məlumatına görə, Lantratova 74 yaşında dünyasını dəyişib.

Keçmiş idmançının ölüm səbəbi barədə məlumat verilməyib.

Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız “Neftçi” komandasında çıxış edib. Lantratova “ağ-qaralar”ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarıının bürünc mükafatçısı olub. 1967-ci ildə isə o, Azərbaycan SSR yığmasının tərkibində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medalını qazanıb.

Qeyd edək ki, Vera Lantratova 1968-ci ildə SSRI yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. O, 1967-ci il Avropa və 1970-ci il dünya çempionatında qızıl medal qazanıb.Report

  •  (0)
  •  (0)