Azərbaycanlı oğlan pakistanlı qızla ailə qurdu – FOTObackend

Azərbaycanlı oğlan pakistanlı qızla ailə qurdu – FOTO

Bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbəmiz Masuma Rizvi ilə ailə həyatı qurub. 
Hokm.az xəbər verir ki, bu haqda universitetin rektoru Elmar Qasımov məlumat verib.
O bildirib: “Müqəddəs Ramazan ayında baş tutan bu nikah mərasimində mənimlə birlikdə Pakistanın ölkəmizdəki səfiri olan Bilal Haye də iştirak edirdi. Hər ikimiz bəy və gəlinin şahidi olduq.
Bu nikah Azərbaycan və Pakistan qardaşlığının bir gözəl nümunəsidir. Eyni din, eyni adət-ənənləri olan xalqaların birlik simvoludur bu ailə. Bakı Ali Neft Məktəbi isə bu ailəni birləşdirən körpü rolunu oynadı.
Tələbələrimiz olan bəylə gəlini ürəkdən təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik, uzun, sağlam, bərəkətli ömür arzu edirəm. Sevgi dolu həyat diləyirəm.
Allah xoşbəxt etsin”.
  •  (2)
  •  (0)