Azərbaycanlı müğənni dəhşətli qəzada öldü – FOTObackend

Azərbaycanlı müğənni dəhşətli qəzada öldü – FOTO

Martın 4-də İmişlidə baş verən dəhşətli qəzada ölən şəxsin müğənni olduğu müəyyənləşib.

Hokm.az  “Qafqazinfo”ya istinadən bildirir ki, bu, Cəlilabad sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğludur.

Belə ki, ifaçı həmin gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq su kanalına aşıb. Nəticədə Bəxtiyar Abasov həlak olub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)