Azərbaycanlı Müəllim Türkiyədə mükafata layiq görüldü-FOTObackend

Azərbaycanlı Müəllim Türkiyədə mükafata layiq görüldü-FOTO

Missiyası Türkiyə markalarını bütün Türkiyəyə və dünyaya tanıtmaq olan “Türkiye Exclusive Ödülleri” 30 Noyabrda “Le Meridien İstanbul”da baş tutub.

 

Hokm.az xəbər verir ki, tədbirdə mükafat alanlar arasında Azərbaycanlı elm və təhsil adamları da olub. “Bakı Riyaziyyat Olimpiada Mərkəzi”nin rəhbəri, tanınmış riyaziyyat müəllimi Umud Babaşov “İlin uğurlu təhsil mütəxəssisi” mükafatına layiq görülüb.

 

Beynəlxalq təhsil mütəxəssisi olan Umud Babaşov dünyanın müxtəlif ölkələrində, xüsusilə Azərbaycan və Türkiyədə il ərzində tələbələrin keyfiyyətli təhsil almalarına dəstək verən təhsil mütəxəssisi, Bakı Riyaziyyat Olimpiya Mərkəzinin direktoru, Riyaziyyat, YÖS, SAT, ALES müəllimidir. Mükafatı alan zaman çıxış edən U.Babaşov tədbirin təşkilatçılarına və onu bu yerə layiq görən hər kəsə öz minnətdarlığını bildirib. Tədbirdə Umud Babaşov və iştirakçılar xatirə şəkilləri də çəkdiriblər.

 

 

  •  (0)
  •  (0)