Azərbaycanlı model Acunu qınadı: “Niyə səssiz qaldınız?”backend

Azərbaycanlı model Acunu qınadı: “Niyə səssiz qaldınız?”

“Acun bəy, niyə səssiz qaldınız? 13,4 milyonluq səhifənizdə heç olmasa bir Azərbaycan bayrağı paylaşaraq dəstək olmaq çətin gəldi?!”

Hokm.az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva sosial şəbəkə hesabında yazıb. Model TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının Azərbaycana dəstək olmamasını sərt şəkildə qınayıb:

“Təbii ki, bu günlər keçəcək, xalqım zəfər qazanacaq. Qarabağımın işğal olunmuş torpağında Azərbaycan-Türkiyə bayrağı dalğalanacaq! Amma biz heç vaxt yanımızda duranları da, kənarda qalanları da unutmayacağıq. Mənim diqqətimi Acun Ilıcalı çəkdi – türk əsilli qardaşımız. Yüzlərlə azərbaycanlının “O səs Türkiyə”, “Yetenek sizsiniz”, “Survivor Türkiyə” proqramlarında sevərək iştirak edən, izləyici kütləndə və reytinqində az əməyi olmayan Azərbaycan türkləriyik biz. Acun bəy, niyə səssiz qaldınız? Heç toxunmadımı sizə yaşadıqlarımız?”İnterpress.az

 

  •  (4)
  •  (1)