Azərbaycanlı həkim Almaniya aeroportunda yoxa çıxdı – FOTObackend

Azərbaycanlı həkim Almaniya aeroportunda yoxa çıxdı – FOTO

Almaniyada yaşayan azərbaycanlı həkim Toğrul Cəfərli itkin düşüb.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, T.Cəfərli oktyabrın 27-də Macarıstandan Almaniyanın Frankfurt şəhərinə eniş edib və həmin andan etibarən onunla əlaqə kəsilib:
“Lohr am Main şəhərində həkim-psixiatr olaraq çalışan Toğrul Cəfərli son zamanlar ağır rejimdə işlədiyi üçün yuxusuz qalırdı və psixoloji olaraq gerginlik keçirirdi. Ola bilər ki, kiminsə yanında qalır”, – deyə yaxınları bildirib. azxeber.com.

  •  (1)
  •  (2)