Azərbaycanlı hakim Avropa Oyunlarına təyinat aldıbackend

Azərbaycanlı hakim Avropa Oyunlarına təyinat aldı

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov “Minsk 2019” II Avropa Oyunlarına təyinat alıb. 

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədov çimərlik futbolu üzrə oyunları idarə edəcək. Bu növdə Azərbaycan millisi təmsil olunmayacaq.

Qeyd edək ki, II Avropa Oyunları 21 – 30 iyunda keçiriləcək.

Hokm.az

  •  (0)
  •  (0)