Azərbaycanlı gənc bəstəkar vəfat etdi – FOTObackend

Azərbaycanlı gənc bəstəkar vəfat etdi – FOTO

Azərbaycanlı söz yazarı və bəstəkar Sahilə Qurbanova qəfil vəfat edib.

Hokm.az xəbər verir ki, bu haqda müğənni Nərmin Kərimbəyova sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Ötən gecə “Mənə zaman ver” adlı mahnının müəllifi Sahilə dünyasını dəyişib. Vallah, bilmirəm nə deyim. Gənc istedada “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən”.
Onun uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, mərhumun iki övladı var. O, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı imiş.
bakupost.az
  •  (0)
  •  (0)