Azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani rəftarla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərilib.
Hokm.az xəbər verir ki, bu sözləri Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov tvitter səhifəsində yazıb:
“Bu gün azərbaycanlı hərbi əsirlər – Amin Musayev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlərin tətbiqi məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim”.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə adıçəkilən hərbi əsirlərimizə qarşı qeyri-insani rəftarı əks etdirən kadrlar yayılmışdı.
















