Bu gün azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi cinayətkarları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun 23-nə təyin edilib.
Hokm.Az Trend-ə istinadən bildirir ki, prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Zərərçəkmişlər bildiriblər ki, təqsirləndirilən şəxslər azərbaycanlı əsirlərə işgəncələr veriblər:
“Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan bizi bel və armaturla döyürdülər. Mkrtçyan bizə erməni dilində marş əzbərlətdirirdi. Bizi dəhşətli dərəcədə döyürdülər”.
Zərərçəkmişlərin ifadəsindən sonra iş üzrə növbəti məhkəmə prosesi iyunun 23-nə təyin edilib.

















