Azərbaycanlı cərrah dünyada bir ilkə imza atdı -VİDEObackend

Azərbaycanlı cərrah dünyada bir ilkə imza atdı -VİDEO

“Buta Clinic”də üç androloji prosedur bir əməliyyatda icra edildi

Dünyada ilk dəfə olaraq Azərbaycanda eksklüziv cərrahi əməliyyat icra edilib. “Buta Clinic”də Fransa təhsilli uzman, uroloq-androloq-cərrah Araz Bayramov tərəfindən həyata keçirilən unikal əməliyyat zamanı peyroni xəstəliyindən (cinsiyyət orqanın əyriliyi) əziyyət çəkən pasiyentə liposaksiya üsulu ilə öz piy toxumalarından götürməklə kök hüceyrələr köçürülüb. Kök hüceyrələr klinikanın laboratoriyasında yetişdirilib. Piy toxumaları korpus kavernozuma (penisə) vurulub. Eyni zamanda pasiyentin üzərində kombinə əməliyyat penis böyüdülməsi (uzadılması və qalınlaşması ) proseduru icra edilib.

Üç prosedurun bir əməliyyatla eyni zamanda icra edilməsi dünya tarixində bir ilkdir və bununla andrologiya tarixinə yeni səhifə əlavə olunub. Qeyd edək ki, penisə kök hüceyrə köçürülməsi cinsi zəiflik, kişi sonzuluğu, erkən boşalma zamanı tibbi göstəriş olaraq icra edilir.

Dr. Araz Bayramov Fransanın Lyon şəhərində təhsil alıb və beş il Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Dünyanın nüfuzlu səhiyyə ocaqları ilə əməkdaşdaşlıq edən Dr. Bayramov Avropa Androloqlar Akademiyasının və Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.

Onun rəhbərlik etdiyi “Buta Clinic” ölkəmizin nüfuzlu tibb mərkəzlərindəndir və burada unikal əməliyyatlar, müayinə və müalicə prosedurları icra olunur. Bu günə qədər tərəfindən 10 mindən çox androloji əməliyyatlar icra edilib.

Dr. Araz Bayramov tərəfindən icra edilən androloji prosedurlar:

Penis böyüdülməsi və uzadılması; Peyroni xəstəliyi zamanı cərrahi plastika və zərbə dalğa terapiyası; Cinsi zəifliyin kök hüceyrə müalicəsi ilə tam aradan qaldırılması; Varikoselin mikrocərrahi üsulla müalicəsi; Erkən boşalmanın cərrahi və müalicəvi yolla aradan qaldırılması və s.

Beynəlxalq səviyyədə təsdiq olunmuş diplomları:

Mikrocərrahi diplom; Andrologiya diplomu; Uzmanlıq diplomu; Laparoskopik urologiya diplomu. 2010 cu ildə “European Board of Urology” dərəcəsini əldə edib.

Əlaqə üçün: Nərimanov rayonu, Yahya Bakuvi küç 24a (“Odlar yurdu” Universiteti ilə üzbəüz)

Öncədən qəbula yazılmaq üçün: (055) 2555545

  •  (0)
  •  (0)