Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcəkbackend

Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək

Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirəyə çıxarılacaq.

Hokm.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin İnsan Hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.

Belə ki, iş planına “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ daxil edilib.

  •  (10)
  •  (2)