“Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi” – Erməni analitikbackend

“Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi” – Erməni analitik

Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın “Stratfor” analitika şirkətinin analitiki, erməni əsilli jurnalist Onnik Krikoryan öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bütün beynəlxalq icmalçılar Nikol Paşinyanın uğursuzluğa düçar olduğunu hesab edir:

“Bunu yalnız mən belə hesab etmirəm. Bu, millətçiliyi özünə sərf edən formada istismar edən populist siyasətçinin böyük səhvi olub”.

Jurnalist, həmçinin bildirib ki, son zamanlar fikirlərinə görə onun ünvanına təhdidlər səslənir.

  •  (0)
  •  (0)