Azərbaycan XİN və MN – nin müştərək fəaliyyəti zəruridir.
Bəzən siyasət diliylə danışmamağın özü ən uğurlu siyasi addımdır!
Yaxın keçmişdə Azərbaycan MN rəhbərliyi bildirmişdi ki, icazəmiz olmadan Xankəndi istiqamətinə başqa səmtdən uçan istənilən hava obyekti HHM qüvvələrimiz tərəfdən vurulacaq. Yerində deyilən söz idi. Əfsus ki, söz olaraq qaldı. Qəbul edilməz bir imic formalaşıb barəmizdə. Cəsarətsizlik! Regional coğrafiya və Qafqaz gündəmini izləyən digər dövlətlərdə ictimai fikir haqqımızda bu qənaətdədir. Sirr filan deyil. Bu fikri dağıtmaq başlıca vəzifələrimizdəndir. Onlarla, yüzlərlə tarixi nümunələr var ki, məsələnin həlli ağına-bozuna baxmadan bir anlıq göstərilmiş sərt davranışdan keçib.
Ermənistan TŞ toplantısının Xankəndində keçirilməsi məqsəd, siyasi oyun rəngindən asılı olmayaraq bir mənalı şəkildə Azərbaycan Respublikasına açıq meydan oxumaq cəsarəti nümayiş etdirməkdir. Bu, Qarabağ ərazisindəki separatçılara məsələnin həllindən qaçma və hazırda düşmən olan Ermənistana şərtlər diqtəsini artırma inamı verir.
MN-nin əli və diliylə danışmalı, Ermənistan deleqasiyasının gəlişləriylə həyati təhlükə ilə qarşılaşa biləcəkləri xatırladılmalı idi. Bir neçə qırıcı təyyarəmizin təmas xəttində 2 dəqiqəlik manevr etməsi kifayət edərdi ki, qarşı tərəfdə ən azı narahatçılıq yaranar, Xankəndinə getməməyi düşünərdilər mütləq. Düşmənə ciddi psixoloji zərbə olardı.
Pərdə arxası siyasi gedişlərdə təkcə qarşımıza çıxan cizgilər üzərində manevr etmək deyil, cızıqlar arasına özümüzünkünü də qatmaq lazımdır.
Müharibə həqiqətlərini yaşayan dövlət kimi MN və XİN-nin müştərək fəaliyyətini tənzimləməlidir güc nazirliyinin danışıqlar prossesində mpvqeyimizə təsir imkanlarını qabarıq nümayiş etdirməliyik. Hamı, başlıcası savaşdığımız tərəf, uniformalılarımızın məsələdə tək son əmrə tabe olan qurum kimi deyil, iştirakının bir başa varlığını görməlidir. Bunun ədalətin bərpası hüququmuza nail olmaqda müsbət təsir edəcəyini hesab edirəm.
“Vektor” araşdırmalar mərkəzinin təşkilat komitə sədri Əli İsgəndərov
















