Azərbaycanın U-21 yığması Lixtenşteynə uduzdubackend

Azərbaycanın U-21 yığması Lixtenşteynə uduzdu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Yığmamız səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Eschen şəhərindəki “Sportpark Eschen Mauren” stadionunda keçirilən oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.

Bakı vaxtı ilə saat 21:00 start götürən matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qol 10-cu dəqiqədə penaldan vurulub.

Qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edib. (report)

Hokm.az

  •  (0)
  •  (0)