Azərbaycanın tanınmış neftçisi vəfat etdibackend

Azərbaycanın tanınmış neftçisi vəfat etdi

Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz verib.

SOCAR-dan Hokm.Az-a verilən xəbərə görə, uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov ömrünün 80-ci ilində vəfat edib.

Bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər idi.

S.M.Salmanov “Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları ilə təltif olunub, “Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb.

  •  (0)
  •  (1)