Azərbaycanın Tacikistandakı səfirliyində KİV nümayəndələri ilə görüş keçirilib – FOTOLARbackend

Azərbaycanın Tacikistandakı səfirliyində KİV nümayəndələri ilə görüş keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Tacikistandakı səfirliyində yerli KİV nümayəndələri ilə görüş keçirilib.

Hokm.az-ın məlumatına görə, bu haqda ölkəmizin Tacikistan Respublikasındakı səfiri Həsən Məmmədzadə məlumat verib.

“Səfirlikdə yerli KİV nümayəndələrinə 12-14 iyul tarixlərində Ermənistan -Azərbaycan sərhəddində baş vermiş atışma və nəticələri, eləcə də bir sıra ölkələrdə ermənilərin dinc həmyerlilərimizə qarşı törətdikləri vəhşilik barədə məlumat verildi, foto və video görüntülər nümayiş etdirildi. Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb”.

  •  (2)
  •  (0)