Azərbaycanın saxladığı 15 ermənini sərbəst buraxmasını alqışlayırıq – ABŞ səfiribackend

Azərbaycanın saxladığı 15 ermənini sərbəst buraxmasını alqışlayırıq – ABŞ səfiri

“ABŞ münaqişə zamanı Azərbaycan tərəfinin saxladığı 15 Ermənistan vətəndaşını sərbəst buraxmasını alqışlayır”.

Bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın prosesdəki rolunu yüksək qiymətləndirib: “Bu addımlar regionda sabitliyin təminatına və tərəqqiyə xidmət edir. Bu həm də bölgənin üç ölkəsinin birgə çalışmaqla nə əldə edə biləcəyinin göstəricisidir. ABŞ belə uğurlu nəticədən qürur duyur”. report

  •  (0)
  •  (0)