Azərbaycanın quru sərhədləri nə vaxt açılır? – AÇIQLAMAbackend

Azərbaycanın quru sərhədləri nə vaxt açılır? – AÇIQLAMA

TƏBİB sədri vəzifəsini icra edən Vüqar Qurbanov quru sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirib.

Vüqar Qurbanov APA-ya açıqlamasında deyib ki, karantin qaydalarının dəyişdirilməsi ilə bağlı son qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək.

“TƏBİB sərhədlərin açılması məsələsinə müdaxilə etmir. Respublikamızda karantinlə bağlı ciddi bir sıxıntı yoxdur. Xəstəliklə bağlı vəziyyət, eyni zamanda pandemiyaya nəzarət yüksək səviyyədədir”, – o qeyd edib.

  •  (0)
  •  (0)