Azərbaycanın qonşusunda vəziyyət ağırlaşdı – 42 nəfər ölüb və…backend

Azərbaycanın qonşusunda vəziyyət ağırlaşdı – 42 nəfər ölüb və…

Gürcüstanda son sutkada daha 5 359 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 42 nəfər ölüb.

Hokm.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 471 685-ə, vəfat edənlərin sayı isə 6 321-ə çatıb.

Ötən 24 saat ərzində xəstəlikdən sağalanların sayı isə 2 726 nəfər artaraq 415 146 olub. //Report

  •  (0)
  •  (0)