“Azərbaycanın Parlayan İncisi” Jurnalının Təqdimat Mərasimi keçirilibbackend

“Azərbaycanın Parlayan İncisi” Jurnalının Təqdimat Mərasimi keçirilib

ADA Universitetində 20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan “Azərbaycanın Parlayan İncisi” (“Shining Pearl of Azerbaijan”) jurnalının ictimai təqdimat mərasimi keçirildi.

ADA Universitetinin bakalavr tələbələri olan Bəxtiyar Salmanov, İnci Rüstəmova və Əli Məmmədovun birgə müəllifləri olduğu jurnalın əsas məqsədi Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı Şuşa və Qarabağın mədəniyyətinin Azərbaycan mədəniyyətinin bir parçası kimi dünyaya tanıdılması və mədəniyyət beşiyimiz olan Şuşanın milli, mənəvi, musiqi, xalçaçılıq və digər mədinyyət sahələrinin qeyri-türk dilli icma nümayəndələri üçün ədəbiyyat bazasını artırmaqdır.

Tədbir zamanı ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal ADA Universitetində sosial məsuliyyət və davamlı inkişaf layihələrinə verilən önəmi bir daha diqqətə çatdırmış, Türk dünyası Mədəniyyəti və İrsi Fondunun təmsilçisi Leyla Həsənova və Qazaxıstandan olan ekspert Elvira Tanaquzova isə Şuşanın bütün Türk dünyası mədəniyyəti üçün rolunu iştirakçılara aşılamışdır.

Tədbirdə eyni zamanda ADA Universitetinin kitabxanasının direktoru və əməkdaşları, müxtəlif ekspertlər, Bakı Kitab Mərkəzinin üzvləri və Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynova da iştirak edərək, Azərbaycanda əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış gənclər siyasəti haqqında danışmışdır.

Sonda isə təqdimat mərasiminin iştirakçıları çay fasiləsində jurnal və müəlliflər ilə yaxından tanış olmuşdur.

  •  (6)
  •  (4)