Azərbaycanın Milli Qəhrəmanı VƏFAT ETDİ – FOTObackend

Azərbaycanın Milli Qəhrəmanı VƏFAT ETDİ – FOTO

9 gün əvvəl Goranboyda ağır yol qəzasına düşən Azərbaycan Milli Qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib.

Hokm.az xəbər verir ki, süni nəfəs aparatına qoşulan 61 yaşlı keçmiş döyüşçü bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib. Daha sonra isə 019 saylı (ləğv edilib – red.) hərbi hissənin komandiri olub. M.Həsənov hazırda vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktorudur.Publika.az

  •  (1)
  •  (0)