Azərbaycanın məşhur Xalq artisti infarkt oldu – Heç kimi tanımır -FOTObackend

Azərbaycanın məşhur Xalq artisti infarkt oldu – Heç kimi tanımır -FOTO

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib. Bu barədə “ölkə.az”-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:

” Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki, Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur

 

  •  (0)
  •  (0)