Azərbaycanın keyfiyyətsiz pasportlarına görə kim günahkardır?backend

Azərbaycanın keyfiyyətsiz pasportlarına görə kim günahkardır?

Hamımızın həyatda üç şey xoşumuza gəlmir: yalan, nifrət və pasport şəkillərimiz…

Bu əyləncəli rus atalar sözü bu gün Azərbaycanda reallığa çevrilib: üç yox, dörd məsələ – bu və ya digər vətəndaş siması sayılan pasportun vəziyyəti və keyfiyyəti də bu məsələyə aiddir.

Çox vaxt nəzarət-keçid məntəqələrində insanları tanımayanda onların əllərindəki pasportlara baxırıq.

Uzaq ölkədə təyyarə növbəsində Azərbaycan pasportu görəndə ona qarşı doğma hisslər yaranır. Ancaq bu gün biz başqalarının yanında biabır olmamaq üçün pasportlarımızı gizlətmək məcburiyyətindəyik.

Müxtəlif ölkələrin xarici pasportları:

Rusiya Federasiyası

Qırğızıstan

Türkiyə

Gözəl, keyfiyyətli, dəqiq…

İndi isə bir il istifadə olunduqdan sonra bizim xarici pasportlarımız:

Bu cür pasportu gizlətmək vacibdir. Çoxları belə edir. Elələri də var ki, pasportun üzərinə digər ölkələrin gerblərinin əks olunduğu üzlük vurur, çünki bizim atributlarımızın olduğu üzlük tapmaq qəliz məsələdir.

Əminliklə demək lazımdır ki, Azərbaycan pasportlarının dizaynı, hazırlanması və çapı üçün dövlət nəhəng resurslar ayırıb. Ancaq, görünür ki, kimlərsə öz ölkəsinin imicini nəzərə almadan, “qənaət etmək” istəyib…

Siz keyfiyyət sertifikatı haqqında eşitmisiniz? Əgər eşitməmisinizsə, onda bildirək ki, bu, məhsulların standartların tələblərinə, keyfiyyətinə, təhlükəsizliyinə və müqavilə şərtlərinə uyğunluğunun təsdiqinə dair sənəddir. Bəlkə, ölkənizin rəsmi vətəndaş pasportunda olan hərflər kimi, sizdəki bu sənəd də silinib?

Ən acınacaqlısı isə odur ki, digər ölkələrin sərhədçiləri prosedur qaydalarına uyğun olaraq, bizim simamıza baxmaqla yanaşı, pasportlarımızın yoxlanılmasına da uzun müddət sərf edirlər.

Sərhədçilər bu vaxt belə düşünürlər: “Korlanmış kağız… Bu, hansı ölkədir? Azərbaycan. Bəlkə, bu saxtadır?” və sənə deyir: “Zəhmət olmasa, növbəni saxlamamaq üçün kənarda gözləyin”.

Ümumiyyətlə, xarici pasport çox ağrılı məsələdir. Çoxları 10 il əvvəl xarici pasportun verilmə qaydasını unutmayıb. İnsanlar “pasport-stol”ların qarşısında beş saatdan çox dayanırdılar. Orada hətta sənədi qanunsuz yollarla almağı təklif edən spekulyantlar vardı. Hətta o vaxt da bu pasportlar belə tez hazırlanmırdı.

“Asan Xidmət”in yaranması ilə xarici pasportların verilməsi daha da asanlaşdırılıb. Digər ölkələr bizdən nümunə götürürlər. Bir neçə dəqiqə, rəsmi rüsum və sənəd sənin əlindədir. Korrupsiyasız və spekulyantlarsız…

Əladır, ancaq xarici pasportu aldığına sevinməmiş problemlər başlayır. Əgər tərli əllə pasporta toxunsaq, onun üzərindəki yazılar silinməyə başlayır. Bir neçə dəfə pasportu arxa cibimə qoymuşam və unudub üzərində oturmuşam, bu zaman yazı yoxa çıxıb. Pasport artıq korlanıb.

Dünyanın bütün ölkələrində dövlət tərəfindən verilən sənədlərin praktiki olaraq möhkəmliyi yoxlanılır. Misal üçün, Rusiyada əmindirlər ki, onların pasportları paltaryuyan maşından belə “quru” çıxa bilər.

“Hansı paltaryuyan maşın? Burada insanlar pasporta bir dəfə toxunmağa qorxur. Axı hərflər silinir”, – bunu eşidən Azərbaycan vətəndaşı deyir.

Nəticə çıxarın. Axı, biz Azərbaycanın ölkə sərhədlərindən kənardakı stereotipini dəyişə bilmişik. Əgər əvvəllər bizi “Bazar adamı” adlandırırdılarsa, indi güclü statusumuz və yüksək imicimiz var.

Bütün dünya bizim alimlərimizi, musiqiçilərimizi və idmançılarımızı tanıyır. İnsanı geyiminə görə qarşılayırlar. Bizim məsələdə isə geyim sənədin üz qabığıdır. O üz qabığı ki, sərhədi keçən zaman bizə əsas lazım olan sənəddir.//Oxu.az






Hokm.az

 

 

  •  (0)
  •  (0)