Azərbaycanın ilk “Ağıllı kənd”inin inşası başa çatıbbackend

Azərbaycanın ilk “Ağıllı kənd”inin inşası başa çatıb

Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası başa çatıb.

Hokm.az report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu” mövzusunda konfransda bildirib.

“Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci “Ağıllı kənd”in inşasına hazırlıq görülür”, – o deyib.

“Zəngilandakı “Ağıllı kənd” işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın ilk məntəqəsi olacaq. Hazırda nazirlik kəndə köçürüləcək ilk vətəndaşların yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifat aparır. Xüsusilə də qadın icmaların doğma yurdlarına qayıdışdan sonra iş imkanları müəyyənləşdirilir. 30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq soydaşlarımızın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olmaq üçün imkanları “Ağıllı kənd” in layihəsində ilk gündən nəzərə alınıb”, – deyə İ.Qədimova əlavə edib.

  •  (0)
  •  (0)