Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ikincə dəfə evlənməyə hazırlaşır.
Axşam.az-ın əldə etdiyi məlumata görə, musiqiçi uzun müddətdir aktrisa Aysel İbrahimova ilə eşq yaşayır. Cütlük hətta öz aralarında nişan da ediblər.
Son günlər Hüseyn və Ayselin sosial şəbəkədəki paylaşımlarda bir-birinin ürək işarəsi qoyması da diqqətdən qaçmayıb. Onlar pandemiyadan sonra toy edəcəklər.
Bu, həm aktrisanın, həm də Hüseynin ikinci evliliyidir. Belə ki, Hüseyn İnci adlı xanımla ailəli olub. Onun bu nikahdan iki qız övladı var. Cütlük ötən il boşanıb.
Aysel isə müğənni Vüsal Hacıyevin qardaşı ilə ailə qurub və ayrılıb. Onun bir qız övladı var.
Aktrisa tamaşaçılara “Yuxu kimi” serialından tanışdır. Sənətçi Yasəmən obrazını canlandırır. O, eyni zamanda Akademik Opera və Balet Teatrında çalışır.