Azərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşdü – FOTObackend

Azərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşdü – FOTO

Mayın 13-dən başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.

Hokm.az

  •  (0)
  •  (0)