“Azərbaycanın haqq işi heç bir xalq, heç bir dinə qarşı deyil” – QMİ sədribackend

“Azərbaycanın haqq işi heç bir xalq, heç bir dinə qarşı deyil” – QMİ sədri

Bütün ermənilərin katalikosu Qareginin II Qarabağ müharibəsi zaman bütün ermənilərə müraciət edərək onları müharibəyə səsləməsi, Ermənistanın işğalına dəstək verməsi dini baxımdan qəbuledilməzdir.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Qaregin bütün dünya ermənilərinə müraciət edərək Azərbaycanın işğal edilmiş ərazilərində sona qədər döyüşməyə çağırış etdi:

“Baxın sülhə deyil, işğala çağırış onların əsl mahiyyətini göstərir. Bir əlində İncil, digər əlində silah tutaraq Azərbaycana qarşı döyüşməsi erməni ruhanilərin dinə sadiqliyini şübhə altında qoyur. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi savaşını dini müharibə kimi təqdim etmək istəkləri baş tutmadı. Onlar bu yolla xristian ölkələrindən dəstək almaq kimi məkirli niyyətlərini davam etdirməkdədir. Azərbaycan öz ərazilərini işğaldan azad edir, Azərbaycanın haqq işi heç bir xalq, heç bir dinə qarşı deyildi. Əksinə, bu gün Bakda erməni kilsəsi dövlət tərəfindən qorunur. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə heç kim dəstək verməməlidir”.

  •  (0)
  •  (1)