Azərbaycanın gömrük orqanı işçiləri peşə bayramlarını qeyd edirlərbackend

Azərbaycanın gömrük orqanı işçiləri peşə bayramlarını qeyd edirlər

Azərbaycanın gömrük orqanı işçiləri peşə bayramlarını qeyd edirlər.

Hokm.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra – 1992-ci il yanvarın 30-da yaradılıb.

Komitə ötən müddət ərzində sürətli inkişaf yolu keçib, ölkədə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Lakin Azərbaycan gömrüyü, iqtisadiyyatın digər sahələri kimi, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində təşəkkül tapmağa başlayıb.

Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib.

Bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin 1997-ci il yanvarın 10-da imzaladığı müvafiq Sərəncama əsasən, yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan olunub.

  •  (0)
  •  (0)