Azərbaycanın Ermənistana qaytardığı hərbçilərə cinayət işi açıldıbackend

Azərbaycanın Ermənistana qaytardığı hərbçilərə cinayət işi açıldı

Dünən Ermənistana təhvil verilən hərbçilərə qarşı cinayət işi başlanıb.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, təhvil verilən hərbçilər hüquq-mühafizə orqanlarında dindirilib, ancaq onlardan yalnız Arman Xaçatryan saxlanılıb. O, döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozmaqda şübhəli bilinir.

Xatırladaq ki, dünən Azərbaycan tərəfi 16 noyabrda sərhəddə təxribat törədərkən saxlanılan 5 ermənini təhvil verib.

Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları – 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.

  •  (1)
  •  (0)