Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTObackend

Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTO

Əməkdar artist Zilli Namazov dünyasını dəyişib.

Bu barədə Apa-a aktyor Kazım Abdullayev məlumat verib.

O bildirib ki, əməkdar artist bu gün axşam saatlarında xərçəng xəstəliyindən həyata gözlərini əbədi yumub.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışıb.

Allah rəhmət eləsin.
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO

  •  (0)
  •  (0)