Azərbaycanın Əlcəzairdəki səfirliyində Anım Günü qeyd edilib – FOTObackend

Azərbaycanın Əlcəzairdəki səfirliyində Anım Günü qeyd edilib – FOTO

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirliyində Türkiyənin Əlcəzairdəki səfiri, xanım Mahinur Özdəmir Göktaş, Pakistanın Əlcəzairdəki səfiri Ata Ul Munim Şahid, Sudanın Əlcəzairdəki səfiri Əl-Abid Muhamməd Əl-Abid, Türkiyənin səfirliyinin hərbi attaşesi və diplomatik heyət üzvləri, Əlcəzairdəki Azərbaycan vətəndaşları, Əlcəzair Universitetinin professoru Huri Yusif, Kanal Əş-Şuruk Əl-Arabı, Echorouk TV, Əl-Badil TV, Kanal Əlcəzair Əl-Vatania, Əlcəzairia Əl-Axbar – online, Əş-Şuruk qəzeti nümayəndələrinin iştirakı ilə Anım Gününə həsr olunmuş sərgi və tədbir keçirilib.

Tədbirdə Azərbaycanın və Əlcəzairin dövlət himnləri səsləndirilərək, şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Anım günü ilə bağlı səfirliyin müvəqqəti işlər vəkili R.Bağırov, Türkiyə səfiri, xanım M.Göktaş, Pakistan səfiri A. Şahid TV kanallara müsahibələr veriblər.

R. Bağırov çıxışında, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi, torpaqların Ermənistanın işğalından azad edilməsi ilə bağlı Azərbaycanın keçdiyi 30 illik mübarizə yolunda Azərbaycan Respublikası Prezidentinin məharətli, qətiyyətli və uzaqgörən qərarlar qəbul etməsinin mühüm əhəmiyyəti, Azərbaycan xalqının birliyi və rəşadətli əsgərlərimizin qəhrəmanlığı haqqında məlumat verərək, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərbi cinayətlər barədə danışıb. O, Azərbaycan, Türkiyə və Pakistan arasındakı qardaşlıq əlaqələri, o cümlədən Əlcəzair gənclərinin Əlcəzair-1 universitetindən Əlcəzair XİN-nə qədər dəstək yürüşü təşkil etməsi, habelə Əlcəzairin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqqlı mövqeyini dəstəkləməsi barədə kiv-nə məlumat verib.

Səfirlikdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində – “İşğaldan əvvəl və işğaldan sonra” adlı sərgidə Azərbaycan ərazilərindəki dağıdılmış şəhərlər və kəndlər, tarixi abidələr, məscidlər nümayiş etdirilib və 44 günlük müharibə zamanı Azərbaycan əsgərinin igidliyini göstərən tablolar, bannerlər, buroşur və kitabçalar tədbir iştirakçılarına təqdim edilib.
Səfirlik tərəfindən açılan başsağlı kitabçasına 20-yə qədər ölkənin Əlcəzairdəki səfirlik və diplomatik missiyaları tərəfindən məktublar daxil olub.

Eyni zamanda, Səfirlik tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar bəyanatını Əlcəzair XİN-nə və mətbuat orqanlarına təqdim edib.

  •  (0)
  •  (0)