Azərbaycanın bu rayonunda bir nəfər də koronavirusa yoluxmayıbbackend

Azərbaycanın bu rayonunda bir nəfər də koronavirusa yoluxmayıb

Azərbaycanın bu rayonunda bir nəfər də koronavirusa yoluxmayıb…

Hokm.az-ın xəbərinə görə, Şəki rayonunda bu günə qədər koronavirusa yoluxma olmayıb.

 Bu faktı Şəki Şəhər İcra Hakimiyyətində videokonfrans şəklində müşavirə zamanı icra hakimiyyətinin başçısı Elxan Usubov bildirib.
Videomüşavirədə Elxan Usubov Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 1 may tarixdə keçirilən iclasının qəbul etdiyi qərar barədə ətraflı məlumat verib.
“Həyata keçirilmiş qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Şəkidə bu günə qədər koronavirusa yoluxma halı aşkar edilməyib. Karantin dövründə Şəkidə yaşayan aztəminatlı ailələr üçün dövlət və hüquqi şəxslər tərəfindən ərzaq yardımları paylanılıb, həmin ailələr daim diqqətdə saxlanılıb”. İcra hakimiyyətinin başçısı icra hakimiyyətinin nəzdində yaradılmış monitorinq qruplarının işinin gücləndirilməsi, insanların sıx toplandığı ərazilərdə dezinfeksiya işlərinin davam etdirilməsi, yeni yaradılmış ictimai iş yerləri və sosial müdafiəyə ehtiyacı olan ailələrə paylanan yardımlarla bağlı araşdırmaların aparılması, bu sahələrdə hər hansı neqativ hal aşkarlanarsa dərhal müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verib”.Medicina.az
  •  (0)
  •  (0)